21 oktyabr 2016 00:20

Qurban Qurbanov: Ümumi üstünlük PAOK-un tərəfindədi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 2:0 hesablı qələbəni belə şərh edib:

- Vacib qələbə qaandıq. Futbolçularda stress çox idi. Amma hamı bu görüşün əhəmiyyətini dərk edirdi. Onlar qələbə qazanmaq üçün hər şeyi etdilər. Əsas odur ki, hər şey bizim istədiyimiz kimi alındı. PAOK çox yaxşı komandadır. Oyunçularıma, azarkeşlərə minnətdram. Qarşıda bizi daha çətin səfər oyunu gözləyir. “Qəbələ”yə də uğurlar arzu edirəm. Çalışacağam tez evə gedib, o oyuna da baxım.

- İkinci hissədə “Qarabağ”ın oyunu yaxşı alındı. Fasilədə oyunçulara nə dediniz?
- Tapşırığı burada deyə bilmərəm. Amma kiçicik bir dəyişiklik etdim. İlk yarıda rəqib futbolçularmıza daha yaxın oynayırdı. Amma 2-ci hissədə yunanlar hücumlarının sayını artırdı və boşluqlar yarandı. Oyundan öncə də demişdim ki, əsas səhvə yol verməməkdir.

- Meydanda gözlədiyiniz PAOK-u gördünüz?
- Dörd gün öncə rəqibin oyununu canlı izləmişdim. Tam düşündüyüm komandanı gördüm. Bir neçə futbolçunu oyundan kənarlaşdırmağa çalışırdıq və futbolçularım bunu yerinə yetirdi.

- Bu gün ehtiyatda mərkəz müdafiəçiniz yox idi. Sizə elə gəlmir ki, bu, risk idi?
- Böyük riskə getdiyimizi deməzdim. Çünki başqa variantlarımız da var idi. Məsələn, Maksimi və Qaranı da müdafiənin mərkəzinə çəkmək olardı.

- Reynaldo zədəli olmasaydı, Ndlovu ehtiyatda qalacaqdı?
- Bu haqda fikir bildirə bilmərəm. Kim yaxşı formada idisə, onu meydan buraxacaqdım. Ndlovu üzərində çox çalışır və heyətə düşməyi haqq edir.

- Bundan sonrakı turda xal durumu nə dərəcədə dəyişə bilər? Bir də PAOK-un düşərgəsində sizin onların oyununu izləməyə getdiyinizi bilirdilər?
- Xal durumu göz önündədi. Qarşıdakı oyunlarda mütləq bu baxımdan dəyişiklik olacaq. Ümumi üstünlük PAOK-un tərfindədi. Biz Yunanıstana və Çexiyaya səfər edəcəyik. PAOK isə hər iki matçı evdə keçirəcək. Yunanıstana səfərimə gəlincə, bəli, bundan xəbərləri var idi. Onlar məni çox yaxşı qarşıladılar. Buna görə də təşəkkürümü bildirirəm.

- Mahir Mədətovun oyunundan razısınız?
- Bəzi məqamlarda təcrübəsi çatmır. Düzdü, ideal  deyil, amma fikrimcə, irəlidə sürəti tam artıra bildi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.