20 oktyabr 2016 18:20

Rikardinyo: Qəbələ uğur qazanmaq istəyirsə...

"Qəbələ"nin müdafiəçisi Rikardinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Fransızlarla oyuna hazırsınız?
- Əlbəttə. Komandamızda əla atmosfer var. Bizim üçün vacib oyundur.

- Bu görüş öncəsi sizi ən çox narahat edən hansısa problem varmı?
- "Sent-Etyen"in güclü rəqib olduğunu bilirik. Heyətində keyfiyyətli futbolçular var. Uğur qazanmaq istəyiriksə, onlara qarşı diqqətli oynamalıyıq.

- Oyunu buraxacaq Baqali Dabonu kim əvəz edə bilər?
- Dabo əvvəlki oyunlarda bizə çox kömək edib. Hər oyunda sonadək mübarizə aparırdı. Onun yoxluğu bizim üçün ciddi itkidir. Əminəm ki, baş məşqçinin onun yerində oynadacağı futbolçu da əlindən gələni edəcək.

- Dabo "İnter"lə səfər oyununda zədələndi. Komanda yoldaşlarınızdan da bu klubun ev oyunlarını keçirdiyi arenanın süni örtüklü qazonundan şikayətlənənlər oldu. Siz bu barədə nə düşünürsüz?
- Hər kəsin öz fikri var. Mənim üçün yüksək keyfiyyətli süni örtükdə oynamaq problem deyil. Amma "İnter"in qazonu yeniləməsi daha yaxşı olardı. Onların həmin qazondan neçə ildi istifafə etdiyini bilmirəm.

- "Sent-Etyen"lə oyunlar sizin qrupdan çıxmaq üçün son şansınız kimi dəyərləndirilir...
- Biz də fransızlarla oyunda uğur qazanmaq, şanslarımızı artırmaq istəyirik. Amma mənə elə gəlir ki, bu oyunlar bizim üçün son şans deyil.

- Amma Fransada mümkün məğlubiyyət komandanıza mənfi təsir göstərə bilər. Çünki növbəti oyununuzu da bu rəqibə qarşı keçirməli olacaqsız...
- Bizə istənilən halda çətin olacaq. Ona görə də qalan hər bir oyuna qələbə üçün çıxmağa məcburuq. Bu gün də "Sent-Etyen"dən xal almağımız vacibdir.

- Premyer Liqada çox az oynayırsınız. Bundan narahat deyilsiz?
- Hər şey qaydasındadır. Hərdən oynayıram, hərdən yox. Əlbəttə, mən də bütün oyunlarda meydanda olmaq istəyərdim. Amma bu gün üçün vəziyyət belədir.

- Siz də Cavid Hüseynovun dönüşünün komandanıza kömək edəcəyini düşünürsünüz?
- Onun sıraya dönməsinə sevindim. Məşq zalında görüşdük. Vaxtilə komandamıza necə kömək etdiyini bilirik. O, indi də həmin hissləri yaşamaq, komandaya kömək etmək istəyir. Fikrimcə, Cavidin yenə bizə çox faydası dəyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.