20 oktyabr 2016 16:45

Ronaldinyo: Braziliya və Azərbaycan yığmalarının oyununu təşkil edə bilərəm

"Qəbələ" klubunun dəvəti ilə ölkəmizdə səfərdə olan Ronaldinyonun iştirakı ilə Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən braziliyalı ulduz öncə bunları söyləyib:

- Hamınızı salamlayıram. Şadam ki, tədbirdə bu qədər jurnalist görürəm. Azərbaycan haqda çox müsbət fikirlər eşitmişəm. Təxminən ayyarım əvvəl "Qəbələ"dən mənimlə əlaqə saxladılar və belə bir akademiyanın yaradılması ilə bağlı müzakirələrə başladıq.

Mənim əsas hədəfim uşaqların öz işlərinə daha motivasiyalı, daha ciddi yanaşmasıdır. Fikrimcə, yeni akademiyanın mənim adımı daşıması onlar üçün bir stimul olar. Akademiyada təhsil alacaq uşaqlar gələcəkdə yaxşı futbolçu olacaqlarsa, buna ancaq sevinə bilərəm.

- Siz sonradan belə futbolçu oldunuz, ya belə anadan olmusunuz?
- Tanrı mənə hədiyyə verib. Amma məni bu səviyyəyə çatdıran məşqlər olub. Mən hamıdan çox məşq edirdim.

- Gələcəkdə Azərbaycan və Braziliya yığmaları arasında yoxlama oyunu təşkil edə bilərsiniz?
- Eşitmişəm ki, komandanız yeni seçmə mərhələyə çox uğurlu başlayıb. Üç oyuna 7 xal toplayıblar. Gördüyünüz kimi, gəlmişəm və futbolunuzla daha yaxından tanış olmağa çalışıram. Yığma komandalarımız arasında belə bir oyun təşkil etməyə hazıram. Əsas odur ki, bunu hər iki komanda istəsin.

- Azərbaycan klublarından hansısa sizi heyətində görmək istəsə, razılaşarsınız?
- Hələ karyeramla bağlı yekun qərarımı verməmişəm. İlin sonuna kimi bir qərar verəcəyəm. Ola bilər ki, karyeramı davam etdirim, amma vida matçı keçirməyim də mümkündür.

- Dünyanın ən yaxşı futbolçusu kimdir?
- Messi.

- Azərbaycanlı futbolçulara nə məsləhət verərdiniz?
- Futbol oynamağa nə qədər tez başlasalar, bir o qədər yaxşıdır. Ciddi məşq etmək lazımdır. Məşqə hamıdan tez gəlib, hamıdan gec getmək lazımdır.

- Pele və Maradona səviyyəsinə çatmağınıza nə mane oldu?
- Mən onların səviyyəsindəyəm (gülür).

- "Qəbələ"də oynamaq istəyərdiniz?
- Niyə də yox?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.