20 oktyabr 2016 16:15

Tale Heydərov: Hədəfimiz Bakıda Ronaldinyonun adına akademiya yaratmaqdır

"Qəbələ"nin prezidenti məşhur braziliyalı futbolçu Ronaldinyonun Bakıya səfərindən və onunla birgə planlaşdırdıqları yeni layihədən söhbət açıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Ronaldinyonu Azərbaycana dəvət etməyi çoxdan planlaşdırmışdıq. Amma Ronaldinyo məhz indi vaxt tapa bildi və ölkəmizə səfər etdi. Hədəfimiz Bakıda onun futbol akademiyasını yaratmaqdır. Qəbələdə öz akademiyamız var. Amma Bakıda ayrı akademiya yaratmaq istəyirik. Akademiya Ronaldinyonun adını daşıyacaq. Bu, yeniyetmə futbolçularımız üçün bir stimul olmalıdır. Ronaldinyo özü də bu akademiyanın fəlsəfəsinin yaradılmasında yaxından iştirak edəcək. Hələ akademiyanın harada yerləşəcəyi bəlli deyil. Tezliklə bu məsələyə də aydınlıq gələcək. AFFA-ya təşəkkürümüzü bildiririk ki, bu məsələdə bizə yardımçı olmağa söz veriblər.

Ronaldinyo mənim sevimli oyunçumdur. Özünə də bu haqda danışmışam. Onun bu səfəri planlaşdırılmamışdı. Amma özü bunda maraqlı oldu. Şadam ki, bütün danışıqlar müsbət yekunlaşdı. Biz ondan Azərbaycana belə maraq gözləyirdik. Ronaldinyonun adına akademiya yaratmaq böyük hadisədir. Onun "Qəbələ"də oynamasına gəlincə, bu barədə sualı özünə verməyiniz daha yaxşı olardı. Əlbəttə, belə bir futbolçu azarkeşləri tribunalara toplamağa çox yardımçı olardı".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.