20 oktyabr 2016 15:20

Qəbələ Ronaldinyonun Bakı səfərinin əsl səbəbini açıqladı

"Qəbələ" hazırda Azərbaycanda səfərdə olan məşhur braziliyalı futbolçu Ronaldinyonun bu səfəri ilə bağlı rəsmi məlumat yayıb. Azerisport.az xəbər verir ki, məlumatda bunlar qeyd olunub:

"Məşhur futbolçu, milyonların sevimlisi Ronaldinyo Azərbaycandadır.

“Qəbələ” İdman Klubu növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır. Milyonlara topu sevdirən braziliyalı ölkəmizdə də bu missiyanın reallaşdırılmasında əvəzsiz rol oynayacaqdır.

Məlum olduğu kimi, futbolçunun doğulub boya-başa çatdığı Qremio şəhərində, həmçinin BƏƏ-nin Dubay şəhərində Ronaldinho Soccer Academy fəaliyyət göstərir. Bu məktəblərdən növbətisi məhz klubumuzun dəstəyilə Bakıda açılacaq.

6 yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulur.

Ölkəmizin regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, “Ronaldinyonun dili – portuqalca” dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq.

Bu birgə fəaliyyətin ölkəmizdə futbolun daha da kütləşviləşdirilməsi və inkişafı yolunda böyük bir təkan olacağına inanırıq.

Xatırladaq ki, Ronaldinyonun iştirakı ilə mətbuat konfransı bu gün saat 16:00-da Olimpiya stadionunun konfrans zalında baş tutacaq. Mətbuat konfransının ardından Ronaldinyo Olimpiya stadionunun yardımçı meydançasında "Qəbələ" Akademiyasının U-15 komandası ilə məşqə çıxacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.