20 oktyabr 2016 13:30

Rahid Əmirquliyev: PAOK ötən mövsümlə müqayisədə daha güclüdür

"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Avroliqadakı son matçınızda "Fiorentina"ya 1:5 hesablı məğlubiyyət bu görüşdəki çıxışınıza təsir göstərə bilər?
- İtalyanlarla oyun bizim üçün çox uğursuz alındı. Amma futbolda belə hallar olur. İrəli baxmaq lazımdır. Bizi maraqlı oyun gözləyir. "Fiorentina"ya məğlubiyyəti unutdurmaq üçün qələbə qazanmaq istəyirik.

- "Qarabağ"ı bu oyunun favoriti saymaq olar?
- Şanslarımızın bərabər olduğunu düşünürəm. Çünki PAOK da yaxşı komandadır.

- Rəqib barədə nə bilirsiniz?
- Rəqibi kifayət qədər yaxşı analiz etmişik. Onların zəif və güclü cəhətlərini yaxşı bilirik.

- PAOK ötən mövsüm "Qəbələ" ilə də qarşılaşmış və iki oyunda qolsuz heç-heçəyə razılaşmışdı. Siz həmin oyunlara baxmışdınız?
- Əlbəttə. "Qəbələ" həmin oyunların hər ikisində layiqli mübarizə aparmışdı.

- Yunanlarla oyunlar ardıcıl olacaq. Bu görüşlərdən neçə xalla ayrılmağı hədəfləmisiniz?
- Hələ ki, bütün diqqətimiz qarşıdakı oyuna yönəlib. Cavab oyunu barədə sonra düşünəcəyik. İndi vacib olan Bakıdakı görüşə maksimum köklənib, qalib gəlməkdir.

- Razısınız ki, "Qarabağ"ın qrupdan çıxması PAOK-la oyunlardan birbaşa asılıdır?
- Yalnız bu oyunlardan asılı olduğunu deməzdim. Çünki ondan sonra daha iki oyunumuz olacaq. Amma aydın məsələdir ki, yunanlarla görüşlərin statusu böyükdür.

- Ansi Aqolli bu qrupun favoriti kimi "Fiorentina" ilə PAOK-un adını çəkib...
- Ola bilər. Amma məncə, biz bu qrupda istənilən rəqibə qarşı layiqli oyun sərgiləyə bilərik. Qrupdan çıxmaq üçün qalan oyunlardan maksimum nəticə ilə ayrılmaq istəyirik.

- PAOK-un heyətinə kimi xüsusi qeyd edərdiniz?
- Kimisə fərqləndirmək istəməzdim. Rəqib yaxşı komandadır. Ola bilsin ki, onlar bu mövsüm əvvəlkindən də güclüdürlər. Əbəs yerə deyil ki, onlar son dövrlər məğlubiyyət tanımırlar.

- Bu klubun yeni prezidenti komandanın qarşısına "Qarabağ"ı hər iki oyunda məğlub etmək vəzifəsi qoyub...
- Onun komanda üçün belə bir hədəf müəyyənləşdirdiyini bilmirdim. Amma biz buna fikir verməməliyik. İstərdim ki, bu gün biz qalib gələk və azarkeşlərimizi sevindirək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.