20 oktyabr 2016 14:00
Qarabağ - PAOK matçında anşlaq olmayacaq
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la Yunanıstanın PAOK klubu arasında keçiriləcək oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, oyuna 11 500 bilet satılıb.
Axşam saatlarına qədər bilet satışında artım gözlənilir. Qarşılaşmanı təxminən 20 minə yaxın azarkeş izləyəcək.
Qeyd edək ki, 31 200 azarkeş tutumuna malik Tofiq Bəhramov adına respublika stadionunda anşlaq olmayacağı artıq indidən bəllidir. Oyun saat 21:00-da start götürəcək.
