19 oktyabr 2016 23:15

Roman Qriqorçuk: Buna problem kimi deyil, təbəssümlə yanaşıram

UEFA Avropa Liqasının qrup mərhələsinin sabah keçiriləcək 3-cü turunun “Sent-Etyen” (Fransa) – “Qəbələ” oyunundan öncə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk və qapıçısı Dmitri Bezotosnının iştirakı ilə mətbuat konfransı təşkil olunub. Azerisport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

“Bugünkü məşqimizin oyunun keçiriləcəyi stadionda baş tutmamasını problem hesab etmirik. Bu qərarı verənlər futbol naminə bu addımı atıblar ki, meydan sabahkı qarşılaşma zamanı yaxşı vəziyyətdə olsun. Əlbəttə, istəyərdik ki, hazırlığımız həmin arenada baş tutsun. Biz də vəziyyəti olduğu kimi, anlayışla qəbul edirik. Çox yaxşı başa düşürük ki, strateji cəhətdən qrupdan çıxmaq üçün bizə qələbə qazanmaq lazımdır. Təkcə sabahkı qarşılaşmada deyil, keçirəcəyimiz növbəti matçların hamısında bunu etməliyik. Lakin bu haqda çox düşünmək istəmirik. Mən futbol oynamağımızı istəyirəm. Mənim yanaşmam nəticə gətirir. Sabah istənilən yolla, ciddi şəkildə üslubumuzu, baxışımızı dəyişməklə nəyə isə nail olmağa əl atmayacağıq. Sabahkı matça itkilərlə çıxacağıq. Bu haqda çox danışılıb. Amma məsələyə maraqla yanaşmaq lazımdır. Az şans qazanan futbolçuların belə güclü rəqiblə görüşdə neçə təsir bağışlayacağı maraqlıdır. Komandamızın yarısı olmadan oynayacağımıza çox fikir vermək istəmirik. Buna problem kimi deyil, təbəssümlə yanaşıram. İstəyərdim ki, Baqali Dabo, Nika Kvekveskiri, Rəşad Sadiqov, Elvin Camalov da hazır olsunlar. Onlar meydana çıxsaydı belə, bizim üçün “Sent-Etyen” kimi güclü komandaya qarşı oynamaq asan olmazdı. Onların yoxluğunda oyunumuzun necə alınacağını baxacağıq. Sadiqovun yoxluğunda kapitanın kim olacağını müəyyənləşdirməmişik. Bezotosnı sarğının ona mane olduğunu əsas gətirərək, bunu istəmir. “Sent-Etyen” haqda müsbət fikirdəyəm. Bu komanda çox yaxşı heyətə malikdir. Komplektləşmiş rəqibimiz üçün bir neçə oyunçunun yoxluğunu hiss etdirməmək çətin olmayacaq. “Sent-Etyen”in tərkibində çox sürətli futbolçular var ki, onları zərərsizləşdirmək heç də asan deyil. Rəqibin bəzi oyunçularının iştirak etməyəcəyi haqda məlumatım var. Heç kimə, rəqibimizə də arzulamıram ki, zədə üzündən futbolçusunu itirsin”.

Bezotosnı isə fikirlərini qısa bildirib: “Əsas odur ki, matç zamanı meydan yaxşı səviyyədə olsun. Bu stadionda məşq etməməyimiz problem olmayacaq. Qapıçı da digər futbolçular kimi oyunçudur. Onun da kapitan kimi meydana çıxması mümkündür. Bu, sadəcə əlavə məsuliyyətdir. Əslində qolkiperin kapitan olması ciddi fərq eləmir. İstəyərdim ki, hər matçı qol buraxmadan keçirmək istəyirəm. Yaxşı oyun nümayiş etdirmək, xallar qazanmaq istəyirəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.