Vladimir İviç: Qarabağ üzərində qələbə gözləyirəm
Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın qonağı olacaq Yunanıstanın PAOK klubunun baş məşqşisi Vladimir İviç bu gün mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabahkı oyunda qələbənin onlara daha çox lazım olduğunu deyib...
- Mənim komandam həmişə ən yaxşı nəticəni əldə etmək üçün meydana çıxır. Sabah da belə olacaq. "Qarabağ" yaxşı oyun göstərir. Bizi sabah çətin oyun gözləyir.
- Bu həftə PAOK üçün məsuliyyətli həftədi. Qarşıda “Olimpiakos”la oyun var. Buna görə heyətdə köklü dəyişiklik ola bilər?
- Dəyişikliklər olacaq. Ancaq köklü dəyişiklik olacağını düşünmürəm. Komandada zədə olmasa, dəyişiklik olmayacaq.
- PAOK azarkeşləri komandanı “Qarabağ”a, yoxsa “Olimpiakos”a məğlubiyyətə görə bağışlamaz?
- Bütün məğlubiyyətlər bağışlanmazdı.
- Yunanıstana xalla qayıtmaq şanslarınız nə dərəcədə çoxdur?
- Yaxşı oyun və yaxşı nəticə - qələbə gözləyirəm. Amma bizi güclü komanda ilə oyun gözləyir. Şansların bərabər olduğunu düşünürəm.
- Doğma meydan, oturuşmuş heyət, doğma azarkeşlər - bunlara görə “Qarabağ” sabah qələbəyə ümid edir. Siz nəyə ümid edirsiz?
- Komandam da hazırda yaxşı vəziyyətdədir. Biz səfərdə də oynamağı bacarırıq.
