19 oktyabr 2016 18:30
Maksim Medvedev: Uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirəcəkləri oyun öncəsi bu gün mətbuat konfransında fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Səbrsizliklə oyunu gözləyirik. Uşaqlar özlərini göstərmək üçün alışıb-yanırlar. Meydana çıxıb özümüzü ən yaxşı tərəfdən göstərmək, azarkeşlərimizi sevindirmək istəyirik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Yığmanın düşərgəsindən kifayət qədər inamlı qayıtmışıq. Sabah da uğurlu nəticə üçün çalışacağıq".
