19 oktyabr 2016 17:30
Samir Məsimov niyə qeybə çəkilib?
Sloveniyanın "Domjale" klubunun azərbaycanlı yarımmüdafiəçisi Samir Məsimov sözügedən ölkə çempionatının cari mövsümü üçün iştirak ərizəsinə daxil edilsə də, geridə qalan turlarda hələ bir dəfə də olsun, meydana çıxmayıb. Azerisport.az xəbər verir ki, bu azmış kimi, o, heç "18-liy"ə də düşə bilmir.
Komandanın hazırlıqlarından klub saytında yayımlanan xəbər və fotoreportajlarda da Samirə rast gəlmək olmur. Onun adı sonuncu dəfə klubun U-19 komandasına qarşı keçirilən yoxlama oyununda hallanıb. Hansı ki, sentyabrın əvvəlində baş tutan həmin görüşdə Məsimov qol da vurmuşdu. Amma o gündən bəri Samirdən heç bir xəbər yoxdur.
Belə olan halda Samirin niyə qeybə çəkildiyi böyük maraq doğurur.
