19 oktyabr 2016 17:00
Petar Franyiç: Öz oyunumuzu sərgiləmək və uğur qazanmaq istəyirik
"Qəbələ"nin yarımmüdafiəçisi Petar Franyiç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın "Sent-Etyen" klubuna qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çox çətin oyun gözləyir. Rəqibimiz Fransanın aparıcı klublarından biridir. Çempionatda da yaxşı oynayırlar. Sabah öz oyunumuzu sərgiləmək, imkan olsa, uğurlu nəticə qazanmaq istəyirik. Cavid Hüseynova gəlincə, onu tanımıram. Ümid edirəm ki, klubumuza faydalı olacaq".
