19 oktyabr 2016 16:40
Aleksandr Fertov: Neftçiyə vaxt lazımdır ki, əvvəlki səviyyəsinə qayıtsın
Latviyalı yarımmüdafiəçi Aleksandr Fertov "Neftçi"də baxışda olmasına və bəyənilməməsinə dair fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əlbəttə, "Neftçi"də qalmaq istəyirdim. Amma alınmadı. Mənimlə birgə düşərgəyə gələn digər iki oyunçu ilə müqavilə bağladıqlarını bilirəm. "Neftçi"yə uğurlar arzulayıram. Çox yaxşı komandadır. Sadəcə, hazırda heç də yaxşı günlər keçirmirlər. Fikrimcə, onlara əvvəlki səviyyəyə qayıtmaq üçün müəyyən zaman lazımdır".
