19 oktyabr 2016 16:00
Samir Musayev: Qarabağın PAOK-la hər iki matçda xal qazanacağına inanıram
"Qarabağ"ın sabiq hücumçusu Samir Musayev bu komandanın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qarşı keçirəcəyi oyunda şansları barədə danşb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ümid edirəm ki, "Qarabağ" Yunanıstan klubundan üç xal alacaq və İtaliyada "Fiorentina"dan aldığı 1:5 hesablı məğlubiyyəti unutduracaq. Komanda hazırda yaxşı vəziyyətdədir. "Sumqayıt" üzərindəki 3:0 hesablı qələbə də bundan xəbər verir. Bu oyun PAOK-la görüş öncəsi futbolçulara yaxşı təsir etməlidir. Yunanlarla görüş qrup mərhələsində həlledici əhəmiyyət daşıyır. Hər iki matçdan xalla ayrılacağımıza inanıram. Dino Ndlovu son oyunda gözəl qol vurdu. Bu da PAOK-la matç öncəsi müsbət məqam kimi qeyd edilə bilər".
