19 oktyabr 2016 15:40
Şəhriyar Əliyev məşqlərə başladı
“Qarabağ”a qarşı Gəncə şəhər stadionunda keçirilən çempionat matçında zədələnən Şəhriyar Əliyevin durumu yaxşılaşıb. Azerisport.az xəbər verir ki, iki həftə yaşıl meydanlardan uzaq qalan müdafiəçi məşqlərə başlayıb.
Klubun tibb personalının məlumatına görə, müalicə prosesi planlaşdırıldığı kimi getsə, Əliyev 2-3 gün sonra toplu çalışmalarda iştirak edə biləcək. Futbolçu hələlik, həkim nəzarəti altında fərdi halda məşq edir.
