19 oktyabr 2016 14:20
PAOK fanatları Qarabağla oyuna görə 3000 km yol qət edəcək
Yunanıstanın PAOK klubunun 16 azarkeşi Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la səfər oyununu izləmək üçün Azərbaycana yola düşüb. Azerisport.az xəbər verir ki, onların bu səfərinin unikallığı ondadır ki, yunanlar ölkəmizə avtobusla gələcəklər.
Salonikidən Bakıya qədər 2800 km yol qət edəcək bu fanatların yeganə hədəfi isə sadəcə, PAOK-un matçını canlı izləməkdir.
Qeyd edək ki, "Qarabağ" - PAOK matçı sabah Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
