19 oktyabr 2016 14:00
Elnur Allahverdiyev: Oynamaq istəyirəm, karyeramı başa vurmamışam
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev də yenidən futbola qayıtmaq həvəsindən əl çəkmir. Azerisport.az saytına açıqlamasında bunu o, özü bəyan edib:
"Nə işlə məşğulam? Evdə oturmuşam. Hərdən uşaqlarla futbol oynayırıq. Yenidən futbola qayıtmaq arzum var. Rəsmən karyeramı başa vurmamışam. Yenə oynamaq istəyirəm. Mahir Şükürovun "Neftçi"yə qayıtmasından xəbərim var. Eşitmişəm ki, kluba müraciət edib, məşqlərinə qatılıb və artıq Premyer Liqa oyunları üçün sifariş də edilib. Mahiri təbrik edirəm. Amma mən özüm heç vaxt klublara bunun üçün müraciət etmərəm. İstəyirəm ki, klublar özləri bunda maraqlı olsun. Ola bilər ki, klublar mənim karyeramı artıq başa vurduğumu düşünürlər".
