19 oktyabr 2016 13:30
Sent-Etyendə Qəbələ ilə matç öncəsi üzlər gülür
Fransanın "Sent-Etyen" klubu Avropa Liqası çərçivəsində qarşılaşacağı "Qəbələ" ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, bu oyun öncəsi komandanın iki futbolçusu da sıraya dönüb.
Bunlar qapıçı Jessi Mullen və hücumçu Robert Beriçdir. Zədəsini sağaldan futbolçular artıq "Qəbələ" ilə oyuna hazırlaşan komndanın məşqlərində iştirak edirlər. Hər iki futbolçunun sabah start heyətdə meydana çıxması gözlənilir.
Qeyd edək ki, "Sent-Etyen" - "Qəbələ" matçı sabah "Joffrua Qişar" stadionunda keçiriləcək və saat 23:05-də start götürəcək.
