19 oktyabr 2016 13:00
Qəbələnin müdafiəçisi: Qələbə qazanmaq istəyirik
"Qəbələ"nin U-19 komandasının müdafiəçisi Amin Seydiyev UEFA Gənclər Liqası çərçivəsində bu gün Moskva "Dinamo"suna (Rusiya) qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun 0:2) öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Doğma meydanda keçirdiyimiz ilk oyunda qalib gələ bilərdik. Amma qonaqlar cəmi üç hücum etdilər, onlardan da ikisi qolla nəticələndi. Uğur bizim tərəfimizdə deyildi. Bu gün ikinci oyunumuza çıxırıq. Komandada əla atmosfer var. Qələbə qazanmaq istəyirik. "Qəbələ"nin mərhələ adlamaq şansını itirdiyini düşünmürəm. Qarşıda daha 90 dəqiqə var. Lazım gəlsə, 120 dəqiqə də oynayarq. Ümid edirəm ki, bu gün qələbə qazanıb, mərhələ keçəcəyik".
