19 oktyabr 2016 12:00

Baqali Dabo: Sent-Etyen Qəbələ ilə matçın favoritidir

"Qəbələ"nin hücumçusu Baqali Dabo Fransa mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, o, komandasının "Sent-Etyen"ə qarşı keçirəcəyi oyun öncəsi bir sıra maraqlı məqamlara toxunub:

"Sent-Etyen"ə qarşı səfərdə oynamağı və bu şəhərdəki, stadiondakı atmosferi hiss etməyi çox arzulayırdım. Fikrimcə, bu oyunda da möhtəşəm ajiotaj olacaq".

Qeyd edək ki, fransalı hücumçu Topaz Premyer Liqasının 8-ci turunda "İnter"lə oyunda (1:1) zədə alıb. Həkimlər onu müayinə edib və ən azı iki həftə istirahət etməsinin lazım olduğunu bildiriblər. Dabo etiraf edir ki, bütün bunlara görə çox məyusdur:

"Buna ilk reaksiyam o oldu ki, "Sent-Etyen"lə oyunu buraxacağımı düşündüm. "Joffrua Gişar"da olan atmosferi həmişə xatırlayıram. Bu oyunda meydana çıxmağı düşündüyüm bir vaxtda belə bir zədə ilə üzləşmək çox məyusluq yaradır".

O, komandasının çempionatdakı çıxışından da söz açıb: "Komandamız daim irəliyə doğru addımlayır. Hazırda çempionatın lideriyik. Uğurlu çıxışımızın davamını gətirməyə çalışırıq".

Dabo sabah keçiriləcək Avroliqa matçında isə "Sent-Etyen"in favorit olduğunu bildirib: "Azərbaycan çempionatının səviyyəsi Liqa 1 ilə müqayisə oluna bilməz. Bu məntiqlə "Sent-Etyen" qələbə qazanmalıdır. Amma bizim yaxşı komandamız var. Yaxşı oynamağa və layiqli müqavimət göstərməyə çalışacağıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.