PAOK Bakıya 25 futbolçu ilə gəlir
Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq Yunanıstanın PAOK komandası bu gün Bakıya gəlir. Azerisport.az xəbər verir ki, Saloniki təmsilçisinin baş məşqçisi Vladimir İviç Bakıya 25 futbolçu gətirir.
Qapıçılar: Panayotis Qlikos, Jelko Brkiç, Markos Vellidis;
Müdafiəçilər: Leo Matos, Marin Leovats, Stelios Malezas, Xose Anxel Krespo, Dimitris Yannulis, Fernando Varela, Axilles Puqquras, Stelios Kitsiu;
Yarımmüdafiəçilər: Xarilaos Xarisis, Qoyko Çimirot, Dieqo Bisesvar, Yevgeni Şaxov, Nikos Korovesis, Xose Kanyas, Panayotis Deliyannidis;
Hücumçular: Harri Rodriqes, Stefanos Atanasiadis, Calma Kampuş, Fakundo Pereyra, Eftimis Kuluris, Yannis Mistakidis, Mame Baba Tiam.
Qeyd edək ki, "Qarabağ" - PAOK matçı sabah Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
