19 oktyabr 2016 00:15
PAOK Bakıya ciddi itkilərlə gəlir
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 20-də Bakıda qarşılaşacağı Yunanıstanın PAOK klubu Azərbaycana itkilərlər gəlir. Azerisport.az xəbər verir ki, komandanın üç aparıcı futbolçusu Ağdam klubuna qarşı oynamayacaq.
Bunlar Dimitris Pelkas, Giorgios Tsavellas və Tasos Dimitriadisdir. Zədəli olan bu futbolçular Bakıya gətirilməyəcək.
Qeyd edək ki, "Qarabağ" - PAOK matçı sabah Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
