18 oktyabr 2016 18:30
Norveçlə oyun AFFA-ya 42 584 manat qazandırıb
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – Norveç oyununa bilet satışından gəlirin məbləği açıqlanıb. Azerisport.az AFFA-ya istinadla xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bu oyuna bilet satışından 42 584.00 AZN (ƏDV daxil) gəlir əldə edib.
