18 oktyabr 2016 18:00

Ansi Aqolli: Fiorentina və PAOK qrupumuzun əsas favoritləridir

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Son dövrlər yaxşı vəziyyətdəyik, yaxşı oyun sərgiləyirik, meydanda inamlı təsir bağışlayırıq. Amma qeyd etmək lazımdır ki, rəqibimiz PAOK da çox yaxşı komandadır. Yunanıstanın ən yaxşı klublarından biri hesab olunur. Bu, bir daha nə dərəcədə çətin bir qrupda yer aldığımızın göstəricisidir".

Albaniya yığmasının da şərəfini qoruyan təcrübəli futbolçu bəyan edib ki, o, PAOK-u əslində pis tanımır: "Əslində, mən özüm PAOK-u yaxşı tanıyıram. Bunun əsas səbəbi Erqyus Kaçenin (Albaniya yığmasındakı komanda yoldaşı) bu kluba məxsus olmasıdır (hazırda Çexiyanın "Viktoriya" klubunda icarə əsasında oynayır). PAOK sürətli futbol sərgiləyir. Yaxşı hücumlar qurmağı bacaran komandadır. Amma istənilən halda hər şeyə meydanda aydınlıq gələcək".

Aqollinin sözlərinə görə, bu qrupun iki aşkar favoriti var: "Etiraf edim ki, "Fiorentina" və PAOK qrupumuzun əsas favoritidir. Amma futbolda sürprizlər də olur. Bizim üçün də belə sürprizlərə imza atmaq çox xoşdur".

Ağdam klubunun legioneri sonra bunları qeyd edib: "Bizim üçün daxili çempionatda və Avroliqada matça çıxmaq arasında ciddi fərq yoxdur. Bütün oyunlarımıza ciddi yanaşırıq. PAOK-la oyun da həm bizim, həm də azarkeşlərimiz üçün böyük əhəmiyyət daşıyır. Tribunalardan yaxşı dəstək gözləyirəm. Çünki PAOK-la bizi ardıcıl iki vacib oyun gözləyir". (PAOK24.com)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.