18 oktyabr 2016 15:40
Julien Ebah: Darionun zədəsi Kəpəz üçün ciddi problemdir
"Kəpəz"in hücumçusu Julien Ebah Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində AZAL üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AZAL-la oyun çətin keçdi. Ən yaxşı oyunumuzu keçirdiyimizi deməzdim. Amma 3 xal qazanmaq vacib idi. Buna görə də qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Qalib gəlsək də, Dario Federikonun zədələnməsi bizi məyus etdi. Heyətimizdə onsuz da itkilər çox idi. Darionun zədəsi komandamız üçün böyük itkidir. Özümə gəlincə, AZAL-la oyunda mövsümdəki üçüncü qolumu vurdum. Qol vurmağa davam etməyə çalışacağam. Qarşıda bizi "İnter"lə çətin matç gözləyir. Evdə oynasaq da, asan olmayacaq. Yaxşı nəticə qazanıb, azarkeşlərimizi sevindirməliyik".
