18 oktyabr 2016 15:00
Ceyhun Sultanov stadiona zərər vuran futbolçunun qovulmasını istisna etmir
"Sumqayıt"ın meneceri Ceyhun Sultanov əvəzedicilərin çempionatında keçirilmiş “Qarabağ”la səfər matçı bitdikdən sonra sumqayıtlı futbolçu tərəfindən 4-cü hakim üçün nəzərdə tutulmuş yerin şüşə hissəsinin sındırılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyundan sonra Elnur Mustafayev belə bir hərəkətə yol verib. Amma o, buna görə cəzalanacaq. Ola bilsin ki, cərimə olunsun, maaşından tutulsun. Hətta klubdan qovulması da mümkündür. Hər halda klub rəhbərliyi bununla bağlı öz qərarını verəcək. Belə hərəkətlər yolverilməzdir".
