18 oktyabr 2016 14:40

AFFA 3 oyunla bağlı 4 kluba texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komiəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan müxtəlif birinciliklərlə bağlı aşağıdakı qərarlar çıxarılıb:

U-15 Liqasında “Zirə” – “Kəpəz” matçının 53-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Məsim Ələkbərov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-15 Liqasında “Şəmkir” – “Neftçi” matçının 70-ci dəqiqəsində meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunandan sonra azarkeşlər meydana daxil olaraq, hakimə öz etirazlarını kobud şəkildə bildiriblər. Meydanda təhlükəsizliyin təmin olunmamasına görə "Şəmkir"ə xəbardarlıq olunub və klubdan növbəti oyunlarda təhlükəsizliyin təmin olunması tələb edilib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır cəza gözləyir.
 
U-14 Liqasının “Rəvan” – “Qəbələ” matçında “Rəvan” iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasında Şəms UGİM 1 (Gəncə) – UGİM Gənclərbirliyi (Gəncə) matçında Şəms UGİM 1 klubunun heyətində limit pozulduğuna görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasının “Göyçay” OİK Gİİ – UGİM (Göyçay) matçında komandalar təyin olunan vaxtda meydanda olmadığına görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan birinciliyinin I dəstəsinin İFFA – ADBTİA matçının 28-ci dəqiqəsində İFFA klubunun futbolçusu Rafiq Həsənov öz komanda yoldaşını təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin I dəstəsinin “Yeni Günəşli” – “Zülfüqar-114”  matçının 14-cü dəqiqəsində “Zülfüqar-114” klubunun futbolçusu Seymur Müslümov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin I dəstəsinin “FH İD Futsal” – “Qarabağ” matçı başa çatdıqdan sonra “Qarabağ”ın futbolçusu Feyruz Həsənov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Kərki” – “Sirab” matçının 19-cu dəqiqəsində “Kərki”nin futbolçusu Uğur Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.