18 oktyabr 2016 14:20
Qarabağ - PAOK matçına bilet satışında yağış əngəli
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la Yunanıstan PAOK-u arasında baş tutacaq oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, ötən gündən etibarən bilet satışına start verilsə də, hələlik, ciddi fəallıq yoxdur.
Qeyri-sabit hava şəraiti azarkeşlərin bilet almasına da təsirsiz ötüşmür. Təşkilatçıların sözlərinə görə, oyun günü yaxınlaşdıqca bilet alan azarkeşlərin sayı da artacaq.
Qeyd edək ki, "Qarabağ" - PAOK matçının biletləri 1-20 manat aralığındadır. VİP yerlər üçün isə biletlər 50 AZN-dir.
"Qarabağ" - PAOK oyunu oktyabrın 20-də keçiriləcək və saat 21:00-da start götürəcək.
