18 oktyabr 2016 11:30

Kamran Ağayev: Yoahim Lövün açıqlaması mənim eyforiyaya qapılmağıma səbəb ola bilməz

Azərbaycan yığmasının və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi

- Millidən qayıdan kimi komandanızla Portuqaliya kubokunda oyuna çıxdınız "Unian Leyriya" (2:0) üzərindəki qələbə barədə nə deyərdiniz?
- Çətin oyun oldu. Amma şadam ki, komandamız bu oyundan qalib ayrıldı. Əsas odur ki, mübarizəni davam etdiririk.

- Yeni baş məşqçi Migel Leal necədir?
- Məşqçinin işi barədə şərh vermək istəməzdim. Mən buraya öz işimi görməyə gəlmişəm. Nə deyirlər, onu da edirəm. Əvvəlki və indiki məşqçimizi müqayisə etmək fikrim yoxdur. Çünki baş məşqçi dəyişikliyi barədə qərarları mən vermirəm.

- Yeni baş məşqçinin Emin Mahmudova da şans verməsi ehtimalı var?
- Eminin əvvəlki baş məşqçi ilə də heç bir problemi yox idi. Ona qarşı burada heç kim pis münasibət bəsləmir. Gəncdir və öz şansını gözləyir. İndi vəziyyət elədir ki, əsas heyətin üzvləri heç də pis çıxış etmirlər. Bu üzdən də məşqçilər korpusu hansısa dəyişikliyə ehtiyac duymur. Emin isə öz üzərində çalışmalı və şansını gözləməlidir.

- DÇ-2018-in seçmə mərhələsi çərçivəsində yığmamızla qazandığınız uğurlu nəticələrdən sonra sizi klubda necə qarşıladılar?
- Portuqaliya futbol ölkəsidir və bu, onlar üçün elə də böyük uğur sayılmır. Bizi sadəcə, təbrik etdilər, vəssalam. Öz işimizlə məşğuluq (gülür).

- Yəqin ki, son uğurlar sizdə də əhval-ruhiyyəni yaxşılaşdırıb...
- Düzünü desəm, həmin uğurlar mənim üçün artıq geridə qaldı. Düzdür, pis çıxış etmədik. Bizi qəhrəman kimi qəbul edirlər. Amma uduzsaydıq, tam əksi olacaqdı, hər kəs tənqid edəcəkdi. Ona görə də irəliyə baxmaq lazımdır.

- İrəlidə isə Şimali İrlandiya ilə oyun var...
- Tələsməyək. O oyuna hələ çox var. Ola bilər ki, heç məni çağırmasınlar. Zədə problemindən heç kim sığortalanmayıb. İndi millinin növbəti oyunu haqda düşünməyə vaxt yoxdur. Portuqaliya çempionatında ağır oyunlarımız var.

- Almaniya yığmasının baş məşqçisi Yoahim Löv mart ayında Bakıda millimizə qarşı keçirəcəkləri oyunu liderlərin dueli adlandırıb...
- Hətta belə açıqlamalar da mənim eyforiyaya qapılmağıma səbəb ola bilməz. Bizi qarşıda uzun bir yol gözləyir. Hələ indidən heç nəyi dəqiq bilmək olmaz.

- Amma Almaniya nəinki bizdən, hətta qrupdakı bütün rəqiblərindən bir neçə baş üstündür...
- Elədir. Almanların səviyyə fərqi barədə mübahisə etmərəm. Amma bu, Azərbaycanın onlara 6 xal hədiyyə edəcəyindən xəbər vermir. Biz onları ən azı öz meydanımızda məğlub etməyə çalışacağıq. Atam məndən həmişə istənilən rəqiblə oyunda qələbə gözləyir. O, mənə inanır. Qoy komandamıza da bütün ölkə inansın. O zaman bizə oynamaq daha asan olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.