Şərur UEFA Kuboku üçün heyətini açıqladı
Oktyabrın 24-dən 28-dən Macarıstanda UEFA Regionlar Kubokunun 8-ci qrupunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə "Şərur" təmsil edəcək.
Komandamız bu qrupda "Zaqreb" (Xorvatiya), "İst Distrixt" (Finlandiya) və "İst Region" (Macarıstan) ilə mübarizə aparacaq. "Şərur" oktyabrın 24-də Finlandiya, ayın 26-da Macarıstan, 28-də isə Xorvatiya klubu ilə qarşılaşacaq. Növbəti mərhələyə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.
"Şərur"un baş məşqçisi Məmmədəli Qəniyev Macarıstana aşağıdakı futbolçuları aparacaq:
Qapıçılar: İlqar Məmmədli, Samir Əliyev, Elçin Qasımov;
Müdafiəçilər: Nahid Mehrəliyev, Xaqan Məmmədli, Rafiq Hüseynov, Musa Rəhimov, Asim Şükürov, Nurlan Xəlilli;
Yarımmüdafiəçilər: Elvin Bayramov, Elvin Əlizadə, Sərxan Məmmədov, Tural Salamzadə, Qurban Hüseynov;
Hücumçular: Emin Cəbrayılov, Nicat Tağıyev, Valeh Seyidov, Üzeyir Sadiqov, Fərid Quliyev, Nuradi Əsədov, Ramal Əhmədov, Ülvi Tarıverdiyev, Raman Ramazanov, Elmar Mirzəyev.
