18 oktyabr 2016 10:30
Ernad Skuliç: Azərbaycan belə davam etsə, DÇ-yə vəsiqə qazana bilər
"Bakı"nın xorvatiyalı sabiq yarımmüdafiəçisi Ernad Skuliç həmyerlisi Robert Prosineçkinin Azərbaycan yığmasındakı fəaliyyətini dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Prosineçkinin futbol professoru olduğunu çoxdan demişəm. O, Azərbaycan yığması ilə yaxşı nəticələrə imza atır. Bu komanda DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilər. Qarşıdakı Şimali İrlandiya ilə səfər oyununda uduzmaq olmaz. Onlar bundan sonrakı oyunlarda da belə çıxış etsələr, mundiala yollanmaq şansları böyükdür. Prosineçkinin uğurlarına görə şadam. Onun Xorvatiya yığmasını çalışdırmasını çox adam istəyir. Amma o, hazırda Azərbaycanda çalışır".
