18 oktyabr 2016 00:35
PAOK-da Qarabağla matç öncəsi ciddi itkilər
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 20-də Bakıda qarşılaşacağı Yunanıstanın PAOK klubunda heyətlə bağlı problemlər var. Azerisport.az xəbər verir ki, komandanın dörd futbolçusu Ağdam klubuna qarşı oynamaya bilər.
Bunlardan Marin Leovatsla Stelios Malezas son turda "İraklis"lə oyunun gedişində zədələnərək əvəzlənib. Lakin həkim müayinəsindən sonra ciddi problemləri olmayan futbolçuların fərdi məşqlərə başladığı bildirilir. Hər ikisinin Bakıda meydana çıxması son durumlarına əsasən bəlli olacaq.
Eyni zamanda daha öncədən zədəsi olan Dimitris Pelkas və Giorgios Tsavellas da məşq etməyə başlayıb. Amma onların da "Qarabağ"a qarşı oynaması sual altındadır.
