18 oktyabr 2016 00:25
Qarabağın rəqibi yeni prezidentini seçdi
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan Yunanıstanın PAOK klubunun yeni prezidenti müəyyənləşib. Azerisport.az xəbər verir ki, bununla bağlı dörd saata yaxın davam edən iclasın sonunda klub prezidenti İvan Savvidis seçilib.
Qeyd edək ki, "Qarabağ" Avroliqadakı növbəti matçını oktyabrın 20-də Bakıda məhz PAOK-a qarşı keçirəcək.
