18 oktyabr 2016 00:15
Toğrul Erat millimizə dəvət almamasından danışdı
Almaniyanın "Duysburq" klubunun yarımmüdafiəçisi Toğrul Erat Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin onu yenə millimizə dəvət etməməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Sərgilədiyim oyunun Prosineçkinin diqqətini cəlb edəcəyini düşünürdüm. Amma bu, baş vermədi. Deməli, öz üzərimdə daha çox çalışmalıyam. O zaman ola bilsin ki, məni yenidən milliyə dəvət etdilər". (WAZ)
