18 oktyabr 2016 00:05

Neftçi Ukraynada akademiya açmağı planlaşdırır

Oktyabrın 17-də “Neftçi” futbol klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev komandanın Ukraynadakı fan-klubunun prezidenti, Azərbaycan–Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov ilə görüşüb. Azerisport.az xəbər verir ki, ölkənin aparıcı futbol klublarından olan “Neftçi”nin beynəlxalq arenada tanıdılması istiqamətində görülən işləri yüksək qiymətləndirən Ç.Abdullayev əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirib.

Bildirib ki, hazırda “Neftçi” ölkə çempionatında uğursuz çıxış etsə də, komandanın qarşısına yeni hədəflər qoyulub, heyətə yeni futbolçular cəlb edilib. Əsas hədəfimiz cari mövsümü ilk dörd pillədə başa vuraraq avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçün futbolçular və məşqçilər heyəti üçün lazımi şərait yaradılıb.

Kadr dəyişikliklərinə toxunan Çingiz Abdullayev deyib: “Neftçi”nin aşağı yaş qruplarından ibarət komandaları liqalarda uğurlu çıxışlarını davam etdirir. Ötən mövsüm bir neçə komandamız yarışı qalib kimi başa vurub. Klub respublikamızda futbolun inkişafı, idmanın kütləviləşməsi və yeni istedadların üzə çıxarılması üçün səylərini əsirgəmir”.

Gələcəkdə görüləcək işlər barədə məlumat verən Ç.Abdullayev deyib ki, “Neftçi”nin Ukraynadakı fan-klubu ölkəmizin təbliğində fəal iştirak edir. Bu, ölkə futbolunun inkişafına da öz töhfəsini verəcək. Ukraynanın futbol komandaları ilə “Neftçi”nin əməkdaşlıq perspektivləri də gündəmdədir.

E.Məmmədov qeyd edib ki, fan-klubun əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Bütün bunlar ölkəmizin tanıdılması və Azərbaycan futbolunun inkişafına yönəlib. Qarşıda duran əsas məqsəd gələcəkdə klubun Ukraynada akademiyasının yaradılması və perspektivli gənclərin həmin akademiyada futbolun sirlərini öyrənməsinə imkan yaratmaqdır.

Bakı klubunun ukraynalı futbolsevərlər arasında məşhur olduğunu diqqətə çatdıran E.Məmmədov artıq “Neftçi”nin həmin ölkədə böyük azarkeş ordusunun olduğunu, onların komandamızın oyunlarını həmişə izlədiklərini diqqətə çatdırıb. Qeyd edib ki, “Neftçi”nin Ukraynada və qonşu ölkələrdə tanıdılması istiqamətində mütəmadi olaraq layihələr həyata keçirilir.

Söhbət zamanı nəzərdə tutulan işlərlə bağlı müzakirələr aparan tərəflər əməkdaşlığın “Neftçi”nin inkişafına xidmət etdiyini diqqətə çatdırıblar. Azərtac

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.