17 oktyabr 2016 16:50

Elnur Cəfərov: Xorvatiyada millimizin uğurlu çıxışını izləmək çox xoşdur

Xorvatiyanın "Duqopolye" klubunun yarımmüdafiəçisi Elnur Cəfərovun azerisport.az saytına müsahibəsi

- Xorvatiya klubunda işləriniz necə gedir?
- Baş məşqçi hər oyunda mənə şans verir. Əvvəllər 20 dəqiqə sınayırdı. Sonradan yarım saata çevirdi. Son matçlarda isə 45 dəqiqə oynadır. Oyundan oyuna artırmağa çalışıram. Son oyunda da start heyətdə meydana buraxdı.

- "İmotski" ilə oyunda fasilədə niyə əvəzləndiniz?
- Bilmirəm. Baş məşqçinin qərarıdır. Hələ ki, məni 45 dəqiqədən artır oynatmırlar (gülür). Baş məşqçi deyir ki, bir, maksimum iki aya komandaya tam uyğunlaşacağam və o zaman 90 dəqiqə oynaya bilərəm. Onu da unutmaq lazım deyil ki, 8 ay idi futbol oynamırdım.

- Bəs oradakı yaşayışınız necədir?
- Hər şey yaxşıdır. Hələ ki, tam uyğunlaşmağa çalışıram. Mənim bu klubla müqaviləmin müddəti mövsümün sonuna kimidir. Burada oyun təcrübəmi daha da artırmaq üçün yaxşı imkanım var.

- Liderlər qrupunda qərarlaşan "Duqopolye"nin elitaya çıxmaq şansı var?
- Niyə də yx? Heyətimiz tamamilə gənclərdən ibarətdir. Cəmi 3-4 təcrübəli oyunçu var. Möhkəm komandadır. Hər oyunda daha da yaxşı çıxış etməyə çalışırıq. Qarşımıza hədəf qoyulub və ona doğru irəliləyirik.

- Milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki çıxışı barədə nə deyə bilərsiniz?
- Millimiz tarix yazdı. Uşaqlara halal olsun. Hər üç seçmə mərhələ matçımıza baxmışam. Həyəcan ən yüksək həddə idi. Xaricdən komandamızın uğurlu çıxışını izləmək çox xoşdur. Azərbaycan yığması ilə fəxr etdim.

- Yığma komandamızı Robert Prosineçkinin çalışdırdığını nəzərə alsaq, Xorvatiyada bu qələbələrimizi necə qarşıladılar?
- Xorvatiyada Prosineçkini çox sevirlər. Çexiya ilə oyundan sonra məşqə gedən komanda yoldaşlarım məni təbrik etdilər. Bizimkilərin üç oyuna 7 xal toplamasından danışırdılar, tərifləyirdilər. Amma bütün bunların Prosineçkinin sayəsində olduğunu da xüsusi qeyd edirdilər. Xorvatlar da məşqçilərinin belə uğur qazanmasına sevinirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.