17 oktyabr 2016 16:00
Adil Nağıyev: Neftçi daha çox qol vura bilərdik
"Zirə"nin müdafiəçisi Adil Nağıyev Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Neftçi" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin olacağını bilirdik. Bir neçə tur idi qələbə qazana bilmirdik. Ya bəxtimiz gətirmirdi, ya da öz səhvlərimiz ucbatından uduzurduq. Ona görə də bu görüşdə 3 xal qazanmaq bizim üçün vacib idi. Yenə xal itirə bilməzdik. Fikrimcə, ikidən daha çox qol vura bilərdik. Amma bu da yaxşıdır. Vurduğum qola gəlincə, buna görə sevincliyəm. Amma kimin qol vurmasının o qədər də önəmi yoxdur, əsas qələbədir. Aydın məsələdir ki, "Neftçi" əvvəlki illərdəki kimi güclü deyil. Komandanı bu vəziyyətdə görmək heç də xoş deyil".
