17 oktyabr 2016 15:20
Qaltye: Qəbələ ilə oyunlar hər iki komanda üçün həlledici xarakter daşıyır
Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarşıda bizi Avropa Liqasının vacib oyunları gözləyir. Ardıcıl iki dəfə "Qəbələ" ilə oynayacağıq. Hər iki komanda üçün bu oyunlar həlledici xarakter daşıyır. Amma eyni zamanda çempionatı da unutmamalıyıq". (Vavel)
