17 oktyabr 2016 15:00
Şükürovla Baykoviç Neftçidə nə vaxt debüt edəcək?
Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Zirə" ilə oyunda "Neftçi"nin yeni transferlərindən yalnız biri debüt edə bildi. Azerisport.az xəbər verir ki, komandanın braziliyalı yarımmüdafiəçisi Conas Pessalli matçın son dəqiqələrində meydanda oldu.
Digər iki yeni transfer - qapıçı Boban Baykoviç və müdafiəçi Mahir Şükürov isə sifariş edilməmişdi. Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə onların da problemi həll olunacaq və hər iki futbolçu növbəti turda "Qarabağ"la oyunda debüt etmək şansı qazanacaq.
