17 oktyabr 2016 13:20
Sent-Etyen - Qəbələ matçı türkiyəli hakimlərə həvalə olundu
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" və Fransanın "Sent-Etyen" klubu arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA bu görüşü Türkiyədən olan hakimlərə həvalə edib.
Qarşılaşmanın baş hakimi Ali Palabıyık olacaq. Ona yan xətt hakimləri Cem Satman, Ekrem Kan, eləcə də qapı arxasında dayanacaq Alper Ulusoyla Volkan Bayarslan kömək edəcək. Dördüncü hakim funksiyasını isə Ceyhun Səsigözəl yerinə yetirəcək.
Qeyd edək ki, "Sent-Etyen" - "Qəbələ" matçı oktyabrın 20-də keçiriləcək.
