17 oktyabr 2016 12:45
Əliyar Ağayev Konyaspor - Braqa oyununda
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev daha bir beynəlxalq oyuna təyinat alıb. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasının H qrupunda oktyabrın 20-də Konya Büyükşehir Belediyesi Stadionunda keçiriləcək “Konyaspor” (Türkiyə) – “Braqa” (Portuqaliya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.
