17 oktyabr 2016 12:30
Dabo oynamayacaq, Rəşadın iştirakı sual altındadır
"Qəbələ"nin zədəli futbolçularının durumuna aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, 8-ci turun "İnter"lə səfər oyununda sıradan çıxan Baqali Dabo iki həftədən sonra məşqlərə başlaya biləcək.
Bu isə onun Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 20-də Fransa "Sent-Etyen"i ilə oyunda komandasına kömək edə bilməyəcəyindən xəbər verir. Amma Dabo noyabrın 3-də bu rəqiblə cavab matçına hazır olacaq.
Rəşad Sadiqovun durumu Dabodakı qədər ciddi olmasa da, onun da növbəti matçda iştirakı sual altındadır.
