17 oktyabr 2016 11:30

Denilson: Qarabağdan da güclü rəqiblərə qalib gələ bilərik

"Neftçi"nin hücumçusu Denilson Pereyra Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Zirə"yə qarşı oyundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Niyə "Neftçi"nin oyunları alınmır?
- Komandamız kompakt oynamırdı. Əslində matça pis başlamamışdıq. Amma sonradan konsentrasiyanı itirdik.

- Sizdə heç nə alınmır. Səbəb nədir?
- Futbol komanda oyunudur. "Neftçi"nin bəzi futbolçuları konsentrasiyanı itirdi. Hər şey planlaşdırdığımız kimi alınmadı. Hər şeyin yaxşı alınması üçün bütün futbolçuların eyni nöqtəyə vurması lazımdır. Futbolçuların hansısa relsdən çıxırsa, oyunun alınmaması da təbiidir.

- Yeni baş məşqçi də gəldi, komanda yenə uduzur. Bəlkə elə əsl günahkar futbolçulardır...
- Futbolçular meydanda lazım olan formada oynamırlarsa, Qvardiolanı da gətirsən, xeyri heç nə dəyişən deyil. Nəticə olmayacaq.

- Qapınıza penalti təyin olundu, futbolçunuz meydandan qovuldu. Hakimlikdən razı qaldız?
- Hakimlik barədə pis heç nə deyə bilmərəm. Yaxşı çalışdılar.

- Qarşıda sizi "Qarabağ", "Qəbələ" və "İnter"lə oyunlar gözləyir. Bu üç liderlə görüşdə nəyə ümid edirsiniz?
- Futbol səhvlər üzərində qurulmuş oyundur. Qələbə qazanmaq üçün rəqibin səhvlərindən yararlanmalıyıq. "Qarabağ"dan da güclü rəqiblərə qalib gəlmək olar. Bunun üçün sadəcə, onun buraxdığı səhvlərdən maksimum yararlanmaq lazımdır. Ola bilər ki, ağdamlılar da elə səhvlərə yol versinlər və biz onlardan istifadə edib, qalib gələk.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.