17 oktyabr 2016 11:00
Millimiz serbləri darmadağın etdi
Serbiyada təlim–məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, yerli “Voyvodina” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb.
Xaqani Sadıqovun dubl etdiyi oyunda digər qolun müəllifi penalti zərbəsindən dəqiq yararlanan Kamran Quliyev olub.
