17 oktyabr 2016 00:35

Sezar Meza Kolli: Neftçidən daha yaxşı oynadıq və qələbəyə layiq idik

"Zirə"nin yarımmüdafiəçisi Sezar Meza Kolli Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Oyun barədə nə deyə bilərsiniz?
- Bu gün kompakt oyun sərgilədik və inamlı çıxış etdik. Xüsusilə də müdafiədə çox yaxşı təsir bağışladıq. Ələ düşən şanslardan da yararlanıb, layiqli qələbə qazandıq.

- Bir epizodda rəqib futbolçuya sarı vərəqə göstərilməsini tələb etdiyiniz halda özünüz cəzalandınız. Bunun qaydalara zidd olduğunu bilmirsiniz?
- Oyunda elə temp var idi ki, hərdən belə məsələləri də unutmalı olurduq. Oyun zamanı belə məqamlar haqda düşünmək olmur.

- "Neftçi"nin oyunu barədə nə deyə bilərsiniz?
- Rəqib barədə heç nə deyə bilmərəm. "Zirə" bu gün yaxşı oynadı və "Neftçi" üzərində qələbəyə layiq idi.

- Hazırda 10 xalı olan "Zirə" ilk üçlük uğrunda mübarizə apara bilər?
- Qarşıdakı oyunlara hazırlaşacağıq. Onları da uğurlu nəticə ilə başa vurmalıyıq. Hər oyunda qələbə qazansaq, hər şey mümkündür.

- İlk üçlükdən hansı komandanı kənarlaşdıra bilərsiniz?
- Hadisələri qabaqlamaq istəmirəm. Biz oyundan oyuna irəliləməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.