17 oktyabr 2016 00:15
Eddi oynamadı, komandası xal itirdi
Futbol üzrə İspaniya ikinci liqasında (Liqa Adelante) 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Tenerife" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.
İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Kadis" 10 turdan sonra 10 xalla 22 klub arasında 19-cu pillədə qərarlaşıb.
