16 oktyabr 2016 22:10
Qəbələnin rəqibi ev oyununda xal itirdi
Futbol üzrə Fransa çempionatında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Dijon"la qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.
Qeyd edək ki, "Sent-Etyen" 13 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.
