16 oktyabr 2016 21:20
Adil Şükürov: Neftçinin zəif mövqelərini bilirdik
"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Yığma komandaların oyununa görə yaranmış fasilədən ideal yararlanmağı bacardıq. "Neftçi"nin zəif mövqelərini bilirdik və bundan yararlanıb, qollar vurmağa çalışdıq. Rəqibin azlıqda qalandan sonra da hücumlar edəcəyini bilirdik. Bəzi futbolçularımızda yorğunluq var idi. Bu üzdən də hücumda müəyyən problemlərimiz oldu".
