Elxan Abdullayev: Rəqib bizdən güclü idi, layiqli qələbə qazandılar
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan (0:2) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- "Zirə" layiqli qələbə qazandıq. Rəqib bizdən güclü idi. Futbolçularımız müdafiədə kobud səhvlərə yol verdilər. İkinci hissənin əvvəlindəki qırmızı vərəqə isə ümumiyyətlə oyun planımızı korladı.
- Nə etməyi düşünürsünüz?
- Müdafiəçilərimiz hər oyunda 1-2 "hədiyyə" edirlər. Bunun üzərində çalışırıq. Təcrübəli futbolçular belə etmir. Rahil gənc oyunçudur. Mən heç kimi qovmağa hazırlaşmıram. Hər kəs səhv edə bilər. "Neftçi"də gerbindən başqa heç nə qalmayıb.
- Yeni transfer Pesallinin oyunu barədə nə deyə bilərsiniz?
- 15 dəqiqəlik oyuna görə futbolçuya qiymət verə bilmərəm. Qarşıdakı oyunlarda daha çox şans qazanacaq.
- "Neftçi"nin qapısına təyin olunan penalti barədə heç nə demədiniz...
- Orada penalti var idi. Epizodun təkrarına da baxdım.
- Yeni transferlər olacaq?
- Səviyyəli oyunçu tapmaq çətindir. Tapa bilsək, dəvət edəcəyik.
- Qarşıda "Neftçi"ni üç çətin oyun gözləyir...
- "Qarabağ", "Qəbələ" və "İnter" bizdən güclüdür. Amma istənilən halda bu oyunlara hazırlaşmalıyıq. Bu gün razı qaldığım məqamlar da var idi. Lakin "Qarabağ"la oyunda da bu cür səhvlər buraxsaq, çox böyük problemimiz olacaq.
