16 oktyabr 2016 20:40
Emin Nurinin komandası bu dəfə uduzdu
İsveç çempionatında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Örebrö" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2.
Əsas heyətdə meydana çıxan Emin yenə 90 dəqiqə mübarizə aparıb. O, 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
"Kalmar" geridə qalan turlarda topladığı 38 xalla 16 klub arasında 7-ci pillədə qərarlaşıb.
